Kim üçün almaz, kim üçün torpaq


Digərləri 09 Fev 2019 08:35:00 191 0

Kim üçün almaz, kim üçün  torpaq

Müqəddəs ziyarətə gedən ərlə arvad uzun bir yolu qət edirdilər. Bir dəfə kişi yolun üstündə Günəşin şüaları altında parıldayan qiymətli daş gördü. O, cəld tərpənərək, ayağı ilə almazı torpağın altında gizlətmək istədi: kişi həyat yoldaşının bu fünyanın malına aludə olacağından, ziyarətin mənəvi ab-havasından və savabından məhrum olacağından ehtiyatlanırdı.

Amma qadın kişinin bu hərəkəti görərək, ona irad bildirdi: "Sənin üçün hələ də almazla torpağın fərqi var?" Sən demə onun gözündə onların artıq heç bir fərqi yox imiş...