Xiaomi yeni oyun smartfonu hazırlayıb


Digərləri 09 Fev 2019 08:21:00 187 0

Xiaomi yeni oyun smartfonu hazırlayıb

"Xiaomi" şirkətinin məhsullar üzrə direktoru Vonq Tenq Tomas Çinin "Weibo" mikrobloqlar servisi səhifəsində ikinci nəsil "Xiaomi Black Shark 2" oyun smartfonunun hazırlanmasını təsdiq edib.

Son.az ICTnews-a istinadən bildirir ki, beləliklə, "Skywalker" kod adlı qurğunun texniki xüsusiyyətləri haqqında məlumat verilmir. Lakin onun sonuncu nəsil qabaqcıl "Snapdragon 855" prosessoru və 8 giqabaytlıq operativ yaddaşla təchiz ediləcəyi barədə söhbətlər dolaşır. Smartfonun "Android Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi bildirilir.