BakıQazax yolunda avtomobil aşıb


Digərləri 09 Fev 2019 08:22:00 168 0

BakıQazax yolunda avtomobil aşıb

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Bakı-Qazax avtomobil yolu ilə Bakı istiqamətdə hərəkətdə olan maşın rayon ərazisindən keçən zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişinlər - İsmayılova Zemfira (1964) və İsmayılov Canpolad (1963) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı cüzi xəsarət alan sürücü İsmayılov Elxan Canpolad oğlu (1991), daha 1 qadın və 2 uşağa ( 8 aylıq və 2 yaşlı) yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl müğənni Qax rayonunda yol qəzasına düşərək ölüb.