Meksikada partlayış 170 uşağı valideynsiz qoyub


Dünya 09 Fev 2019 08:30:00 223 0

Meksikada partlayış 170 uşağı valideynsiz qoyub

Meksikanın İdalqo ştatında boru kəmərində qanunsuz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində baş verən partlayış 170 uşağı valideynsiz qoyub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İdalqo ştatında federal hökumətin inkişaf proqramlarının nümayəndəsi Abraam Mendosa bildirib.

A.Mendosa deyib: "Təxmini məlumatlara görə, hazırda 170 yetkinlik yaşına çatmayan valideynini itirmiş uşaq var. Biz məlumat toplamağa davam edirik".