Çilidə leysan yağışları: 9 ölü


Dünya 09 Fev 2019 08:12:00 307 0

Çilidə leysan yağışları: 9 ölü

Çili prezidenti Sebastyan Pinyera cümə günü axşam ölkənin cənubuna üz verən güclü yağışlar nəticəsində azı 9 nəfərin öldüyünü bildirib.

Son.az "Report"a istinadən bildirir ki, Pinyera bunu Kalama şəhərində jurnalistlərə deyib.

"Biz Loa əyalətində üç nəfərin ölümünü yaşamışıq, şimal makrozonasında isə daha 6 nəfər həyatdan məhrum olub", - deyə o əlavə edib.