Tramp və Kim Çen Inın ikinci görüşünün keçiriləcəyi yer məlum oldu


Dünya 09 Fev 2019 08:10:00 213 0

Tramp və Kim Çen Inın ikinci görüşünün keçiriləcəyi yer məlum oldu

ABŞ və Koreya Xalq Demokratik Respublikasının iderləri Donald Tramp və Kim Çen Inın ikinci görüşü 27-28 fevral tarixlərində Hanoedə keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Mənim nümayəndələrim çox səmərəli görüşdən və mənim Kim Çen Inlar ikinci sammitimin yeri və vaxtının razılaşdırımasından sonra Şimali Koreyanı tərk ediblər. Görüş 27 və 28 fevral tarixlərində Vyetnamın Hanoe şəhərində baş tutacaq".