Özəlləşdirmə ilə bağlı YENİ TƏLƏBLƏR - Obyektlərə 10 il sonra dəyişiklik edilə bilər


Digərləri 09 Fev 2019 08:00:00 192 0

Özəlləşdirmə ilə bağlı YENİ TƏLƏBLƏR - Obyektlərə 10 il sonra dəyişiklik edilə bilər

Gənclərlə bağlı obyektlər özəlləşdirmədən 10 il sonra təyinatlarını dəyişə biləcəklər.

Baki. İlhamə İsabalayeva – Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Trend-in məlumatına görə, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.