Əzab mələklərindən nicat yolu


Digərləri 09 Fev 2019 07:21:00 192 0

Əzab mələklərindən nicat yolu

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Allahın onu 19 şölədən (əzab mələklərindən) xilas etməsini istəyirsə, "Bismilləhir-Rahmənir-Rahim"i qiraət etsin. Çünki o, 19 hərfdəndir. Allah onun hər bir hərfini, o mələklərin hər birinin qarşısında qalxan qərar verər".

Allahın Peyğəmbəri (s) buyurur: "Mürəkkəbqabına liğə (sap) qoy, qələmi itilə, ("Bismilləhir-Rahmənir-Rahim"də) "ba" hərfini çək, "sin"i açıq yaz, "mim"i əyri yazma, Allahı gözəl yaz. "Ər-rəhman"ı bir qədər uzat, "ər-rəhim"i yaxşı yaz".

İmam Əsgəri (ə) "Bismilləhir-Rahmənir-Rahim"i təfsir edərkən buyurur: "Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər".

Allahın Peyğəmbəri (s) buyurur: "Bismilləhir-Rahmənir-Rahim"lə başlayan dua geri qaytarılmaz".