İldə təxminən 55 kilometr sürətlə... Amerikalı alimlər kataklizmləri ANONS ETDİ


Digərləri 08 Fev 2019 23:42:00 273 0

İldə təxminən 55 kilometr sürətlə...  Amerikalı alimlər kataklizmləri ANONS ETDİ

Yer kürəsinin şimal maqnit qütbü ildə təxminən 55 kilometr sürətlə Rusiyanın sərhədlərinə yerini dəyişir.

Son.az xəbər verir ki, bu haqda Ətraf mühit haqqında informasiya üzrə Amerika Milli İnstitutundan olan alimlər bildiriblər.

Alimlər maqnit sahəsində dəyişiklik haqqında hər 5 ildən bir məlumat açıqlayırlar. Ancaq vəziyyət son zamanlar o qədər tez dəyişir ki, artıq mütəxəssisləə dəyişikliklər haqqında modeli indi yeniləməyi lazım biliblər. Maqnit qütbünün sürətlə yerini dəyişməsi bir sıra problemlərin, o cümlədən GPS-in işində nasazlıqların yaranmasına gətirib çıxara bilər. Son illərdə bu proses əhəmiyyətli dərəcədə sürətlənib.

Əgər 2000-ci ildə yerdəyişmənin sürəti ildə 15 kilometr təşkil edirdisə, 18 il ərzində sürət üç dəfə artıb.

"Güman edilirdi ki, beşillik müddət kifayət qədər olacaq ki, biz müvafiq olaraq vəziyyəti təsvir edə bilək. Amma məlum oldu ki, maqnit qütb sahəsi daha sürətli dəyişir və hazırkı məlumatlar mövcud model artıq uyğun deyil", - Rusiya Elmlər Akademiyasının Kosmofizik Tədqiqatlar və Uzaq Şərq bölməsinin radio dalğalarının yayılması İnstitutunun "Paratunka" geofizik rəsədxana kompleksinin müdiri Sergey Xomutov bildirib.


Xəbərə aid foto