Rusiyalı deputat İstintaq Komitəsindən Puşkinin ölümünü araşdırmağı xahiş edib


Dünya 08 Fev 2019 23:15:00 209 0

Rusiyalı deputat İstintaq Komitəsindən Puşkinin ölümünü araşdırmağı xahiş edib

Leninqrad vilayəti parlamentinin deputatı Vladimir Petrov Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkindən 1837-ci ildə duel zamanı həlak olmuş Aleksandr Puşkinin ölümünün təfərrüatlarını araşdırmağı xahiş edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, deputatın fikrincə, Puşkinin bir çox müasirləri faciədən xəbər tutduqda onun ölümünün təsadüfən baş vermədiyi fikrini səsləndiriblər. "Şairi yaxından tanıyan şəxslər hətta onun qəsdən öldürülə biləcəyi ehtimalını ortaya atıblar", - deyə deputat bildirib.