Süd vəzi xərçənginin qarşısını alacaq qidalar açıqlandı SİYAHI


Digərləri 08 Fev 2019 23:30:00 257 0

Süd vəzi xərçənginin qarşısını alacaq qidalar açıqlandı  SİYAHI

Hazırda dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında yayılmasına görə öndə duran süd vəzi xərçənginə qarşı güclü təsir edici ərzaqların siyahısı hazırlanıb.

Son.az medicina.az-a istinadən bu siyahını təqdim edir:

1. İspanaq - tədqiqatlar göstərir ki, qida rasionunda ispanaq çox olan qadınlarda süd vəzi problemi riski 40% az olur. İspanaqda olan karotin orqanizmdən sərbəst radikalları, stabil olmayan molekulları uzaqlaşdırır.

2. Brokkoli - kələm növüdür. Tərkibindəki güclü maddələrə görə ümumilikdə xərçəng əleyhinə tərəvəzdir. Siçanlar üzərində aparılmış təcrübə göstərib ki, xüsusilə sulforafan adlı maddə şiş hüceyrələrini azaldır.

3. Göbələklər - qidasında çox miqdar göbələk olan qadınlarda menopauza dövrünə kimi süd vəzi şişi riski azalır. Göbələkdə olan L - erqotionein onkoloji hüceyrələrə qarşı əks təsirə malikdir.