İnsanın "ağıllanmasının" gözlənilməz səbəbi açıqlandı


Digərləri 08 Fev 2019 22:41:00 218 0

İnsanın "ağıllanmasının" gözlənilməz səbəbi açıqlandı

ABŞ-ın Yel Universitetinin antropoloqları ehtimal ediblər ki, qədimdə insanların qida rasionundakı yağların yüksək miqdarı insan beyninin ölçüsünün böyüməsinə və müasir insan tipinin yaranmasına gətirib çıxarıb. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "Phys.org" portalında məlumat paylaşıb.

Alimlər "Homo sapiens"lərin inkişafında əsas faktor kimi ətin qəbulu təklifinə şübhə ilə yanaşıblar. Onların fikrincə, dörd milyon il əvvəl hominidlər ölmüş heyvanların sümüklərindəki iliyi dadmaqla yağın dadını kəşf ediblər. Bu, insanlara kalori çatışmazlığını kompensasiya etməyə imkan verib.

Tədqiqatçıların sözlərinə görə, yağın əldə edilməsi və ətin yeyilməsi müxtəlif yanaşmalar tələb edir. Belə ki, ət müxtəlif növ daş alətlərin hazırlanmasını tələb edirdi, sümük iliyinin əldə edilməsi üçün isə sümüyü daşla əzmək kifayət idi.