Damarlarda trombların qarşısını alan ən yaxşı


Digərləri 08 Fev 2019 22:44:00 207 0

Damarlarda trombların qarşısını alan ən yaxşı

Müxtəlif patoloji proseslər nəticəsində damarlarda tromblar əmələ gələ bilər.

Getdikcə tromblar böyüyür və damarın mənfəzini tam bağlaya bilər. Bu hal çox təhlükəlidir və infarkt, insult, böyrək problemlərinə, ətraflarda qanqrenaya səbəb ola bilər.

Digər tərəfdən tromb damarın divarından qopub qan axını ilə daha nazik damara düşə və onu bağlaya bilər ki, bu da yuxarıda sadaladığımız fəsadlara yol açır.

Qidalanma mütəxəssisləri damarlarda trombların əmələ gəlməsinin qarşısını alan məhsulları araşdırıb.   

Bu məhsullar arasında:

1. Zeytun

Son.az saglamolun.az-a istinadən bildirir ki, zeytun trombların əmələ gəlməsinin qarşısını alan ən yaxşı məhsullardan biri sayılır. Zeytunun tərkibində olan fenol birləşmələri qanda trombların əmələ gəlməsinə səbəb olan maddələrin miqdarını azaldır.

2. Nar

Antioksidant və polifenol maddələri ilə zəngin olan nar təzyiqi tənzimləməyə yardım edir. Yüksək təzyiq damarlarda trombların əmələ gəlməsinin ilk səbəblərindən biridir.