Süd vəzinin axardaxili papillomaları xoşxassəli düyündür


Digərləri 08 Fev 2019 22:47:00 221 0

Süd vəzinin axardaxili papillomaları xoşxassəli düyündür

Süd vəzi xəstəlikləri sırasında onun axarında olan xəstəliklər də əhəmiyyət kəsb edir. Süd vəzi axarında olan xəstəliklərə 10 faiz hallarda rast gəlinir. Belə xəstəliklərə axarın genişlənməsi - duktoektaziya, axarın mərkəzinin kənara çıxması - divertikul, papillomatoz dəyişikliklər və axardaxili şişi nümunə göstərmək olar. Axardaxili şişdən başqa, bunların hamısı süd vəzinin qeyri-şiş mənşəli, o cümlədən axardaxili xəstəlikləridir. Papilloma və papillomatozun 70 faiz hallarda süd vəzi xərçənginə keçmə ehtimalı olduğu üçün preonkogen xəstəlik hesab edilir. Buna görə də papilloma və papillomatoz aşkarlanan xəstələr həkim müayinəsindən sonra əməliyyat edilməlidirlər.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və terapiyası kafedrasının müəllimi, universitetin Tədris Terapevtik Klinikasının həkimi, mamoloq-radioloq Günel Qəmbərova məlumat verib.