Həddən artıq çox tərləyən qızın paltarı əynində buza dönür Telefonu, kompüteri də tez xarab olur


Digərləri 08 Fev 2019 22:26:00 255 0

Həddən artıq çox tərləyən qızın paltarı əynində buza dönür  Telefonu, kompüteri də tez xarab olur

20 yaşlı amerikalı tələbə qız Sofi Duayer hiperhidrozdan əziyyət çəkir. Genetik olaraq adi insanlardan 10 qat artıq tərləyən Sofinin tərdən qışda əynində geyimi belə donur.

Son.az medicina.az-a istinadən bildirir ki, qızın ovucları, ayaqları və qolaltından su sanki yağış kimi axır. Uşaqlıqdan diaqnozu təsdiqlənən qız məktəb və universitetdə çox əziyyət çəkir. 

Həmişə geyimləri yaş və tər qoxulu olan Sofini yaşıdları ələ salır, ondan uzaq gəzirlər. 

Hazırda Sofi günə 6 litr maye qəbul edir ki, tərləmə ilə itirdiyi suyu orqanizmdə bərpa edə bilsin.