Bu bilgi sizi ölümdən xilas edə bilər


Digərləri 08 Fev 2019 22:11:00 183 0

Bu bilgi sizi ölümdən xilas edə bilər

İnfarkt bütün dünyada ölümün ilk səbəbidir.

İnfarktın ilk simptomlarında (döş sümüyünün arxasında  ağrı və ağırlıq, taxikardiya, çənədə, sol qolda ağrılar, nəfəsalmanın çətinləşməsi, güclü zəiflik) nitroqliserin həbini qəbul etmək və buna əks-göstərişlər yoxdursa 1 həb aspirin çeynəmək lazımdır. Dərhal "təcili yardım" çağırın. 5 dəqiqədən sonra ağrı keçmirsə növbəti həb nitroqliserin qəbul edin.

Lakin ürək tutması "qəfil qonaq"dır və bizi istənilən yerdə yaxalaya bilər. Məsələn, ürək tutması zamanı insan çöldə ola bilər ki, bu zaman onun yanında lazım olan dərmanlar olmaya bilər.