5 yaşlı qıza vərəm diaqnozu qoyuldu, sonda ağciyərindən qoz çıxdı Zaqatalalı pasiyentin hekayəsi


Digərləri 08 Fev 2019 22:14:00 300 0

5 yaşlı qıza vərəm diaqnozu qoyuldu, sonda ağciyərindən qoz çıxdı  Zaqatalalı pasiyentin hekayəsi

Nəfəs borusuna düşən yad cisim və qida qalıqları ilə bağlı insanların ölümlə üz-üzə qalması barədə tibdə yetərli qədər faktlar var.

Son.az medicina.az-a istinadən Zaqatalada bir ailənin başına gələn maraqlı pasiyent hekayəsini təqdim edir.

Fatima Hacıyeva adlı bir xanım qızını ölümdən necə qurtarması barədə danışır:

"Yeni il ərəfəsi 5 yaşlı qızımda güclü öskürək, boğulma hərarət, zəiflik başladı. Elə bildik soyuq dəyib. Amma heç vaxt belə öskürməmişdi. Təbii ki, ilk olaraq Zaqatalada həkimə apardım. Rentgenoloq ağciyərlərin kavernası, vərəm diaqnozu qoydu. Bunu eşidən kimi şoka düşdüm. 3 gün ağladım. Sonra elə rayondaca başqa həkimə rentgen çəkimini göstərdim. O dedi ki, burda vərəm yoxdur, onu deyən həkimə iş düşür. Uşağı təcili Bakıya apar. 

Uşaqla Bakıda Qarayev adına uşaq xəstəxanasına gəldik. Burda adını qeyd etmək istəmədiyim təcrübəli həkim dedi ki, plevritdir. Müalicə yazdı, bir az ürəyim sakitləşdi. Dərmanları alıb, rayona qayıtdıq. 1 həftə bu müalicəni etdik, amma uşağın vəziyyəti heç düzəlmirdi, əskinə ağırlaşırdı.  Ondan sonra Bakıya 2 dəfə də gedib gəldik, hər dəfə də həkim yeni reseptlər yazırdı. 

Uşaq artıq boğulmağa başlayanda başılovlu Bakıya qaçdıq. Həmin həkim uşağın vəziyyətini görüb artıq bizdən qaçdı, yaxasını kənara çəkdi, başqa həkimlərə yönəltdi. 

Biz özümüz həkim axtarışına çıxdıq. Amma həkimlər uşağı görən kimi bizi qəbul etməkdən imtina etdilər. Yəqin, görürdülər ki, vəziyyət yaxşı deyil.  Bizi 5 saylı xəstəxananın Allerqoloji şöbəsinə göndərdilər, orda da bizi qəbul etmədilər. 

Bakıdakı qohumlar elə bilirdi ki, uşaq vərəmdir, biz gizlədirik. Onlar da evlərində bizi çox saxlamaq istəmirdilər ki, öz uşaqlarına keçər.