Çində yaz bayramına həsr olunan televiziya şousunu bir milyarddan çox tamaşaçı izləyib


Digərləri 08 Fev 2019 22:02:00 219 0

Çində yaz bayramına həsr olunan televiziya şousunu bir milyarddan çox tamaşaçı izləyib

Çində ay təqvimi ilə qeyd olunan yeni ilə - yaz bayramına həsr olunan televiziya şousunu CCTV-də 1 milyard 17 milyondan çox tamaşaçı izləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, CCTV-nin yaydığı məlumata əsasən, bu, ölkənin televiziya tarixində rekord göstəricidir. Çin Mərkəzi Televiziyasının 36-cı dəfə təşkil etdiyi konsert ölkənin 239 televiziya kanalı vasitəsilə canlı yayımlanıb. Bildirilir ki, təxminən 645 milyon tamaşaçı konserti televiziya kanalları vasitəsilə, 527 milyon nəfər isə internet səhifəsi, mobil əlavələr və sosial şəbəkələr üzərindən izləyib. Çin ilə yanaşı, 163 ölkənin tamaşaçıları da dörd saatlıq konsertə baxıblar.

Builki qala-konsertinin yayımlanmasında bəzi texnoloji yeniliklərdən istifadə edilib. Bura "5G" mobil şəbəkəsi və 4K (ultra high-definition) təsvir ölçülü videoçəkiliş daxildir.


Xəbərə aid fotolar