Qadınlar niyə kişilərdən daha çox yaşayır?


Digərləri 08 Fev 2019 21:50:00 195 0

Qadınlar niyə kişilərdən daha çox yaşayır?

Bütün dünyada olduğu kimi Nepalda da qadınların ömürləri kişilərlərə nisbətən uzundur. 

Son.az BBC-yə istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ildə təqdim etdiyi məlumatına  görə, bütün dünyada əhalinin orta hesabla yaşama müddəti 72 ilə bərabər olub.

Amma qadınlarla kişilərin ömür uzunluğu arasında fərq var: qadınlar üçün bu göstərici 74 il 2 aydır, kişilər üçün isə - 69 il 8 ay.

100 yaşı tamam olanların arasında qadınların sayca daha çox olması ehtimalı böyükdür

2010-cu ilin statistikasına əsasən, həmin ildə ABŞ-da yaşı 100-dən çox olan 53364 insan olub. Onlardan yalnız 9162 nəfər kişi olub, 44202 nəfəri isə qadın olub.

Bəs görəsən, qadınların kişilərdən daha çox yaşamasının səbəbi nədir?

1. Genlər

Dünya üzrə bütün ölkələrdən toplanan statistik göstəricilər qadınların kişilərdən daha uzun ömür sürdüklərini sübut edir.

Göründüyü kimi, bu fərq genetika ilə bağlı ola bilər.

Rüşeymlər

"Kişi rüşeymləri qadın rüşeymlərilə müqayisədə daha çox sayda məhv olur," - University College London-un professoru David Gems deyir.

Bunun mümkün səbəblərindən biri cinsiyyəti müəyyən edən xromosomlarla bağlı ola bilər. Qadınların xromsomları XX kimi təsvir olunursa, kişilərdə bu XY kimidir.

Xromosomların tərkibində genlər var. X xromosomlarında insanı yaşadan xeyli genlər var.

Erkək quşların X xromosomlarının əlavə ehtiyatı var

"Əgər siz qadınsınızsa və sizin X xromosomunuzda bir qüsur varsa onda ehtiyat resursunuz var. Amma əgər kişisinizsə, onda belə resursunuz yoxdur," - David Gems BBC-yə deyib.

"Hamiləlik dövrünün son mərhələlərində oğlan körpələrinin ölüm ehtimalı 20-30 faiz təşkil edir. Eləcə də onların vaxtından əvvəl doğulması ehtimalı 14 faiz daha yüksəkdir. Oğlan körpələr daha iri olur və doğuş zamanı onların zədə alması riski daha böyükdür", - Exeter Universitetinin müəlliməsi Lorna Harries deyir.

Amma, misal üçün, quş erkəklərin isə X xromosomlarının ehtiyatı da olur, odur ki, onlar dişi quşlardan daha çox yaşayır.

2. Hormonlar

Hormonların təsiri nəticəsində yeniyetməlik dövründə oğlanlar və qızlar kişi və qadına çevrilir.

Müharibələr zamanı kişilər daha çox sayda ölür

Testosteron hormonu qalın səs və tüklü sinə kimi kişi xüsusiyyətlərinə cavabdehdir, bədəni daha iri və daha güclü edir.

Yeniyetməlik dövrünün son mərhələlərində testosteron artdıqca kişilər arasında ölüm faizi də artır.

Ekspertlər bunun səbəbini kişilərin dava-dalaşa, avtomobil və velosiped sürməyə, intihara daha çox meyl göstərmələrilə izah edirlər.