Seysmoloji Mərkəz: Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək


Digərləri 08 Fev 2019 21:35:00 211 0

Seysmoloji Mərkəz: Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək

Fevralın 5-də baş verən zəlzələdən sonra İsmayıllı və Ağsuda afterşokların qeydə alınması hələ də davam edir.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, bu ərazilərdə hiss edilməyən yeraltı təkanlar baş verir:

"Bu təkanlar zəlzələnin episentrində qeydə alınır. Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Sonuncu zəlzələ fevralın 6-da saat 06:25:50-də Pirqulu stansiyasından 9 km qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.