Yumurtalıq kistlərinin əməliyyatı lazımsız elan edildi Kistləri çıxarmağa ehtiyac yoxdur


Digərləri 08 Fev 2019 21:38:00 211 0

Yumurtalıq kistlərinin əməliyyatı lazımsız elan edildi  Kistləri çıxarmağa ehtiyac yoxdur

Hazırda ginekoloji əməliyyatlar içində ön sırada gedən yumurtalıq kistlərinin əməliyyatı Azərbaycanda da geniş yayılıb.

Kistlər 90% hallarda xoşxassəli yeni törəmə olub, ya öz-özünə sovrulub itir, ya da əməliyyata gərək olmadan qalır.

Son.az medicina.az-a istinadən bildirir ki, London İmperiyal kollecinin və Belçika Levenski universitetinin alimləri birlikdə beynəlxalq masştabda bir tədqiqat aparıblar.

Onlar 2 il ərzində müxtəlif ölkələrdən 2000 dən çox qadının məlumatlarını toplayaraq analiz ediblər. Bütün qadınların orta yaş həddi 48 -ə kimi idi, hamısında yumurtalıqların kisti aşkarlanmışdı. 16% -qadında kistlərin ləğvi əməliyyatı icra edilmişdi, qalanlarında isə gözləmə taktikası seçilmişdi. Hər 5 qadından birinin  kistləri bu 2 il ərzində öz-özünə sovrulmuşdu.

Ümumilikdə 80% halda kistlər sovrulub itmiş, ya da ciddi əməliyyata gərək olmamışdı.