Ermənistanda azyaşlılara qarşı cinayət hadisələri artıb


Dünya 08 Fev 2019 21:11:00 223 0

Ermənistanda azyaşlılara qarşı cinayət hadisələri artıb

2018-ci ildə Ermənistanda azyaşlılara qarşı zorlama, oğurlama və qətl kimi cinayət hadisələri artıb.

Trend-in Ermənistan İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il uşaqlara qarşı 317 cinayət işi qeydə alınıb. 2017-ci ildə bu göstərici 265 olub.

Qeyd olunur ki, ötən il 41 döymə, 11 zorlama, 16 seksual xarakterli zorakılıq hərəkətləri, 10 oğurluq, 9 ölümlə hədələmə və digər cinayət halları qeydə alınıb.