Ermənistanda azyaşlılara qarşı cinayət hadisələri artıb


Digərləri 08 Fev 2019 21:06:24 258 0

Ermənistanda azyaşlılara qarşı cinayət hadisələri artıb

2018-ci ildə Ermənistanda azyaşlılara qarşı zorlama, oğurlama və qətl kimi cinayət hadisələri artıb

Bakı. 2018-ci ildə Ermənistanda azyaşlılara qarşı zorlama, oğurlama və qətl kimi cinayət hadisələri artıb. Trend-in Ermənistan İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il uşaqlara qarşı 317 cinayət işi qeydə alınıb. 2017-ci ildə bu göstərici 265 olub. Qeyd olunur ki, ötən il 41 döymə, 11 zorlama, 16 seksual xarakterli zorakılıq hərəkətləri, 10 oğurluq, 9 ölümlə hədələmə və digər cinayət halları qeydə alınıb.