Komitə sədri: "Ən təhlükəli məsələlərdən biri sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır"


Digərləri 08 Fev 2019 20:37:00 253 0

Komitə sədri: "Ən təhlükəli məsələlərdən biri sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır"

Ən təhlükəli məsələlərdən biri internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, valideyn-övlad ünsiyyətində soyuqluq yaradır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bu hal xüsusən böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır:

"Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz valideynlər və uşaqlarla görüşlər keçirir, texologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk".