Real Kyezanı istəyir


İdman 08 Fev 2019 20:15:00 194 0

Real Kyezanı istəyir

Fiorentino-nun yarımmüdafiəçisi Federiko Kyeza klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, italiyalı Madrid Real-ının hədəfinə düşüb. Fiorentino 21 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir. “Kral klubu” qiymət məsələsində razılığa gələcəyini bildirib. Əvvəllər Kyezanın İnter, Bayern Münich, Yuventus və Manchester City-nin hədəfində olduğu deyilirdi. Yarımmüdafiəçi cari mövsüm A seriyasında 22 oyunda 5 qol vurub, 6 qol ötürməsi verib.