Nazir Tovuzda yeni mədəniyyət müəssisələrinin inşası ilə maraqlanıb (FOTO)


Digərləri 08 Fev 2019 20:15:00 220 0

Nazir Tovuzda yeni mədəniyyət müəssisələrinin inşası ilə maraqlanıb (FOTO)

Nazir Tovuz rayonunda yeni mədəniyyət müəssisələrinin inşası ilə bağlı görülən işlərlə tanış olub

Bakı. Mədəniyyət naziri Əbülfəs Qarayev Tovuz rayonunda vətəndaşlarla görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan sonra nazir rayon ərazisində mədəniyyət müəssisələri üçün yeni binaların inşa olunması ilə bağlı görülən işlərlə tanış olub. Mədəniyyət naziri Ə.Qarayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasında tikinti işləri ilə tanış olublar.