Şəmkirdə yük maşını aşdı, kərpic yola dağıldı


Digərləri 08 Fev 2019 19:59:00 273 0

Şəmkirdə yük maşını aşdı, kərpic yola dağıldı

Bakı-Qazax avtomobil yolunda yük maşını aşıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, sürücü dönmə əməliyyatı zamanı idarəetməni itirib və yük maşınını aşırıb.

Nəticədə maşının yük yerindəki kərpiclər yola tökülüb.

Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar