Ötən ay Azərbaycanda hotellərdə gecələmə qiyməti artıb


Digərləri 08 Fev 2019 19:59:21 319 0

Ötən ay Azərbaycanda hotellərdə gecələmə qiyməti artıb

Ötən ay Azərbaycanda hotellərdə gecələmə qiyməti artıb.

Bakı. Elçin Mehdiyev - Bu ilin yanvarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin eyni ayına nisbətən 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz artıb. Trend-in məlumatına görə, bu ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz azalıb. Ötən ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, qoyun və mal əti, suda bişmiş kolbasa, balıq məhsulları, süd məhsulları, kərə və bitki yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, kivi, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, çuğundur, kartof, soğan, şəkər və şəkər tozu, energetik və spirtli içkilərin qiymətlərində artım, toyuq əti, yumurta, hisə verilmiş, yarım hisə verilmiş kolbasalar, portağal, şabalıd və yerkökünün qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.