“Facebook”da hamı bu məktəbdən danışır


Digərləri 08 Fev 2019 19:29:00 268 0

“Facebook”da hamı bu məktəbdən danışır

Lənkəran rayonunun Veravul kəndində yerləşən 2 saylı orta məktəbin tədris binası acınacaqlı vəziyyətdədir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, məktəb vaxtilə ferma üçün tikilib və hazırda tam yararsız haldadır.  Belə ki, döşəmə çürüyüb, divarlar çatlayıb, tavan çökür.

55 ildir ki, bu vəziyyətdə tədris üçün istifadə olunan binanın sonuncu dəfə sovet dövründə qapı və pəncərələrinə, döşəmə və divarlarana boya vurulub.  Hazırda məktəbdə 320 şagird, 40-dan çox müəllim qeydiyyatdadır.


Xəbərə aid fotolar