Abşeronda reyd: kustar üsulla hazırlanmış süd məhsulları aşkarlandı


Digərləri 08 Fev 2019 18:49:00 263 0

Abşeronda reyd: kustar üsulla hazırlanmış süd məhsulları aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonunda reyd keçirib.

Son.az report-a istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsində antisanitar vəziyyətdə kustar üsulla hazırlanaraq qablaşdırılan küllü miqdarda süd və süd məhsulları aşkar edilib. 

Məlum olub ki, vətəndaş Nicat Həmidova məxsus REAL QRUP MMC-yə məxsus müəssisədə "Qazax" kənd məhsulları adı altında süd və süd məhsulları istehsal olunur. Hazır məhsullar isə gizli yolla kənd təsərrüfatı malları yarmarkalarında satışa çıxarılır.


Xəbərə aid fotolar