İsko ayrı-seçkilikdən narazıdır


İdman 08 Fev 2019 18:47:00 245 0

İsko ayrı-seçkilikdən narazıdır

Madrid Real-ının sabiq futbolçusu Ruben de la Red yarımmüdafiəçi İskonun klubda möhkəmlənə bilmədiyini, sıxışdırıldığını deyib.

Goal.az xəbər verir ki, İsko deyilənləri təsdiqləyib.

“Ruben doğru deyir. Klubda möhkəmlənə bilmirəm. Daha doğrusu, mənə şans verilmir. Komanda yoldaşlarımın isə belə problemi yoxdur. Ayrı-seçkilikdən narazıyam. Çalışıram, əlimdən gələni edirəm. Lakin imkan yaratmırlar. Bütün bunlar isə istər-istəməz psixologiyama təsir edir”,- yarımmüdafiəçi bildirib.