KOB könüllüsü işlə təmin edilib (FOTO)


Digərləri 08 Fev 2019 18:25:00 221 0

KOB könüllüsü işlə təmin edilib (FOTO)

KOB könüllüsü Masallı Sənaye Məhəlləsində işlə təmin olunub.

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı “KOB Dostu” ilə birgə fəaliyyət göstərən KOB könüllüsü Tamerlan Teymurov Agentlikdə könüllülük fəaliyyətini başa vuraraq Masallı Sənaye Məhəlləsində işlə təmin olunub. Agentlikdən Trend-ə verilən məlumata görə, məlumat üçün qeyd edək ki, Azərbaycanda geniş vüsət almış könüllülük təşəbbüsünə qoşularaq gənclərə dəstək olmaq, peşəkar əmək fəaliyyətinə başlayana qədər gənclərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, dünyagörüşünün və praktik bacarıqlarının artırılması üçün Agentlikdə “KOB Könüllüləri” Fəaliyyət Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir.