Baş onkoloq televizyalardan narazılıq etdi


Digərləri 08 Fev 2019 18:14:00 233 0

Baş onkoloq televizyalardan narazılıq etdi

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov modern.az-a müsahibəsində Azərbaycanda tibbi maarifləndirmə ilə bağlı maraqlı fikirlər səsləndirib. Deyib ki, səhhətimizə qarşı laqeydliyi aradan götürmək vacibdir. Burada əsas məsələ tibbi təbliğatdır. O qeyd edib ki, tibbi maarifləndirmə məsələsində tək Səhiyyə Nazirliyinin, klinikaların, qanunvericiliyin üzərinə yük düşməməlidir. Ayrı-ayrı həkimlər də mütəmadi olaraq, mətbuatla işləməli, xəstələri maarifləndirməyə maraqlı olmalıdırlar.

Komitə sədri onkoloji xəstəliklər bağlı açıqlamalarında söyləyib ki, bədxassəli şiş əleyhinə mübarizə üzrə dünyanın bir çox ölkələrində dövlət proqramı var. Bizdə də bu proqram hazırlanır.

Son.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimli sözügedən sayta açıqlamasında Əhliman Əmiraslanovun fikirlərini təsdiqləyib.

O, vurğulayıb ki, xərçəng əleyhinə dövlət proqramının qəbul olunması vacibdir: