Nazirlik: Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək


Digərləri 08 Fev 2019 18:13:00 166 0

Nazirlik: Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək

Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən minimum əmək haqqının artırılması əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır

Bakı. Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının artırılması respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Sərəncama əsasən, Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib.