“100 dollar təklif etdilər ki, siqaret çək”


Şou-biznes 08 Fev 2019 17:14:00 191 0

“100 dollar təklif etdilər ki, siqaret çək”

ARB TV-nin "Pəncərə" proqramının budəfəki qonağı məşhur aparıcı Hacı Nuran olub.

Son.az bildirir ki, siqaretin zərərlərindən danışan Hacı Nuran bildirib ki, heç bir zaman spirtli içki və siqaretdən istifadə etməyib.

"8 nömrəli məktəbdə oxumuşam. Şəhər uşaqları olmuşuq. Siqaretə meyillilik var idi. 6-cı sinifdən başlayaraq sinif yoldaşlarım hamısı siqaret çəkirdi. Siqaret çəkmək mənə görə dəhşətli bir şey idi. Uşaqlar mənə yalvarırdı ki, sən də dadına bax. 100 dollar təklif edildi ki, 1 dəfə dadını bil. Dedim ki, heç vaxt siqaret və içkinin dadını bilməyəcəm. Xəstəlik keçirdikdən sonra həkim dedi ki, yaxşı ki, siqaretdən istifadə etməmisən. Tez sağalmağın üçün şans olacaq".