Rusiya və Azərbaycan arasında salınan körpünün tikintisinə baxış keçirildi


Digərləri 08 Fev 2019 17:04:00 258 0

Rusiya və Azərbaycan arasında salınan körpünün tikintisinə baxış keçirildi

Azərbaycanla Rusiya arasında Samur çayı üzərində salınan avtomobil körpüsünün tikintisinə baxış keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Qeyd edək ki, körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Yeni körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilir.


Xəbərə aid fotolar