Bakıda taksi sürücüsünü bıçaqlayan şəxsə hökm oxundu


Digərləri 08 Fev 2019 17:09:00 185 0

Bakıda taksi sürücüsünü bıçaqlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü bıçaqlamaqda təqsirləndirilən İman Əsədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin yanvar ayında Bakının Yasamal rayonunda İ.Əsədli 1991-ci il təvəllüdlü Süleymanov Fərid Rafiq oğlu ilə Mətbuat prospektində "Tri Korona" kimi tanınan binanın qarşısında əlbəyaxa dava edib. Bu zaman o, F.Süleymanovun boyun və bədən nahiyəsinə ümumilikdə 6 bıçaq zərbəsi vurub.