Bakıdakı özəl klinikalarda həkim və tibbi personala məxsus kabinetlərdən silsilə oğurluqlar olub


Digərləri 08 Fev 2019 16:28:24 225 0

Bakıdakı özəl klinikalarda həkim və tibbi personala məxsus kabinetlərdən silsilə oğurluqlar olub

Paytaxtda yerləşən özəl klinikalardan həkim və tibbi personala məxsus kabinetlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb

Bakı. Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində yerləşən özəl klinikalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə Bölməyə ərizə ilə müraciət edərək bildirib ki, çalışdığı müəssisədəki kabinetindən “İphone 6” və “İphone 7” markalı mobil telefonları naməlum şəxs tərəfindən oğurlanıb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə S.Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus “Samsung Edge 7”, “İphone X” kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.