Şamaxı sakini: "Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır"


Siyasət 08 Fev 2019 15:50:00 264 0

Şamaxı sakini: "Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır"

Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır, insanların problemləri ilə şəxsən maraqlanır.

Son.az xəbər verir ki, bunu Trend-ə Şamaxı sakini Nailə Quliyeva deyib.

O qeyd edib ki, bu dəfə də zəlzələdən sonra dövlət başçısı dərhal problemlərin həlli istiqamətində tapşırıqlar verdi:

"Cənab Prezident öz humanistliyini, insansevərliyini nümayiş etdirdi, zəlzələdən sonra şəxsən özü gəlib bizimlə görüşdü, dəymiş zərərlə maraqlandı, lazımi tapşırıqlar verdi".

N.Quliyeva bildirib ki, Prezidentin Şamaxıya səfəri zamanı insanlarla səmimi, mehriban davranışı qürurvericidir: "Fəxr edirik ki, bizim belə prezidentimiz var. Biz də vətəndaş olaraq hər zaman dövlət başçımızın fəaliyyətini dəstəkləyirik".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.