Şamaxıda zəlzələdən 29 ev kəskin qəzalı vəziyyətə düşüb
Digərləri 08 Fev 2019 15:46:00 281 0
Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 1110 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı rayon İcra Hakimiyyətinə müraciət daxil olub.
Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, daxil olan müraciət əsasında 171 evə baxış keçirilib: "Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 29-u kəskin qəzalı (dağılmış), 63 evin bərpasının mümkün olması, 42 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 37 evin vəziyyəti isə qənaətbəxs hesab edilib".
Mənbə: milli.az