Bu gün Bakının mərkəzi küçələrində nəhəng tironazavr görüblər VİDEO


Digərləri 08 Fev 2019 15:25:00 270 0

Bu gün Bakının mərkəzi küçələrində nəhəng tironazavr görüblər  VİDEO

"Dəhşət! Bu gün Bakının mərkəzi küçələrində nəhəng tironazavr görüblər!" başlıqlı xəbər təsəvvür edirsiniz?

Biz təsəvvür belə etmək istəmirik, qorxumuzdan. Amma razılaşın ki, onları görməyi hamımız arzulamışıq! Hamımız onları eşitmək, onlara toxunmaq, bəlkə də onları yedirtmək də istəmişik!

Məhz buna görə, sizi Bakıda ilk dəfə Moskvanın lisenziyalı multimediyalı "Multizavrlar. Sirli ada" tamaşasına dəvət edirik!

Son.az bildirir ki, Akademik Mill Dram Teatrında aprelin 20-i (12:00 və 15:00) həm kiçiklər həm də böyüklər üçün multimedia nümayişi çərçivəsində "Multizavrlar" tamaşası baş tutacaq.

Dinozavrların həyat tərzini və hansı dildə danışdıqlarını öyrənmək istəyirsiniz? Hər bir izləyicinin dinozavrlar haqqında maraqlı məlumat əldə etmək şansından savayı, onları dinozavrların olduğu sirrli adanı vulkandan xilas etmək kimi çətin bir missiya gözləyir! Qorxmaq lazım deyil, çünki hər bir tamaşaçıda təbiət ünsurlarını idarə edə bilən və zamanda səyahət etdirə bilən unikal və çox funksiyalı bir qolbaq olacaq. Cəsur və mehriban qəhrəmanlar isə bu missiyada tamaşaçılara köməklik göstərəcək! 

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və https://bitly.is/2SkI4U3 saytından əldə edə bilərsiniz.