Bazada faciə - 10 futbolçu yanaraq öldü


İdman 08 Fev 2019 15:28:00 238 0

Bazada faciə - 10 futbolçu yanaraq öldü

Bu gün səhər saatlarında Braziliyada dəhşətli faciə qeydə alınıb.

Goal.az xəbər verir ki, Flamengo klubunun idman mərkəzində baş verən yanğında 10 futbolçu dünyasını dəyişib. Onların 14-17 yaşda olduğu deyilir. Daha 3 futbolçu yanğın zamanı ciddi xəsarət alıb. Birinin vəziyyəti ağır qiymətləndirilir. Ölənlərin adları açıqlanmır.