Ağcabədidə 84 yaşlı qadını döyüb


Digərləri 08 Fev 2019 15:11:00 244 0

Ağcabədidə 84 yaşlı qadını döyüb

Ağcabədi şəhərində fevralın 2-də 84 yaşlı qadının evinə basqın edən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Rüstəmov və İ.Mirzəyev saxlanılıb. 

Məlum olub ki, onlar qadının evinə basqın edərək, onu döyüb və oradan üç min manat pulunu aparıb.