UEFA bilərəkdən sarı vərəqə alan oyunçunu cəzalandırdı


İdman 08 Fev 2019 15:13:00 325 0

UEFA bilərəkdən sarı vərəqə alan oyunçunu cəzalandırdı

UEFA Portuqaliyanın Porto klubunun futbolçusu Xesus Koronanı 2 oyunluq cəzalandırıb.

Goal.az xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun Almaniya Schalke-si ilə Çempionlar Liqasının qrup mərhələsinin V tur matçında bilərəkdən sarı vərəqə almasıdır. Qitənin ən nüfuzlu klub turnirində 3 sarı vərəqə alan meksikalı oyunçu cəzasını son turda Türkiyə Galatasaray-ı ilə matçda "sıfırlamaq" istəyib.

Lakin UEFA 1/8 final mərhələsinin oyunlarına təmiz çıxması üçün belə addım atdığı qənaətinə gəlib. Nəticədə Korona qrup mərhələsinin son tur matçından əlavə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə İtaliya Roma-sı ilə qarşılaşmanı da buraxmalı olacaq. 

Qeyd edək ki, fevralın 12-də Roma - Porto oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.