Yerə asteroid yaxınlaşır:


Dünya 08 Fev 2019 15:06:00 228 0

Yerə asteroid yaxınlaşır:

2018XB4 asteroidinin planetimizlə toqquşma riski artıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən Yerətrafı obyektlərin müşahidəsi üzrə koordinasiya mərkəzinin mütəxəssisləri belə bir nəticəyə gəlib.

Onların proqnozuna görə, təxminən 70 metr diametrli asteroid 2092-ci ildə Yer planetinə düşə bilər. Alimlər bu riskin 1/7000 əmsalında (yeddi minə bir şans) olduğunu bildirir.