İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən 29 ev kəskin qəzalı vəziyyətə düşüb


Digərləri 08 Fev 2019 15:09:13 224 0

İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən 29 ev kəskin qəzalı vəziyyətə düşüb

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 1110 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı rayon İcra Hakimiyyətinə müraxiət daxil olub.

Bakı. Samir Əli - Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 1110 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı rayon İcra Hakimiyyətinə müraciət daxil olub. Bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin Baş memarı Rüstəm Əliyev deyib. Onun sözlərinə görə, daxil olan müraciət əsasında 171 evə baxış keçirilib: "Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 29-u kəskin qəzalı (dağılmış), 63 evin bərpasının mümkün olması, 42 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 37 evin vəziyyəti isə qənaətbəxs hesab edilib".