Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların kütləvi etiraz aksiyası başlayıb


Digərləri 08 Fev 2019 14:55:00 353 0

Gürcüstan parlamentinin qarşısında azərbaycanlıların kütləvi etiraz aksiyası başlayıb

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların kütləvi aksiyası keçirilir.

Son.az report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.