Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib


Digərləri 08 Fev 2019 14:56:00 398 0

Ramin Quluzadə Hacıqabulda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Hacıqabul şəhərində vətəndaşlarla görüşüb.

Bakı. Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Hacıqabul şəhərində vətəndaşlarla görüşüb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Hacıqabulla yanaşı, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin də sakinləri iştirak edib. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.