Bakıda əcnəbiyə 77 min manat "atan" qadının məhkəməsi başladı


Digərləri 08 Fev 2019 14:48:00 387 0

Bakıda əcnəbiyə 77 min manat "atan" qadının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası fevralın 13-nə təyin edilib.

İttihama görə, ötən il iyunun 7-də Bakının Nəsimi rayonunda polis bölməsinə müraciət edən xarici vətəndaş Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək olan müddətdə Sevinc adlı şəxs paytaxt ərazisində onun üçün ev tapacağına vəd verib, sonra isə aldadaraq ondan 77 000 manat alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mirzəyeva müəyyən edilib.