Avropada ən çox maaş alan futbolçular açıqlandı - SİYAHI


İdman 08 Fev 2019 14:50:00 253 0

Avropada ən çox maaş alan futbolçular açıqlandı - SİYAHI

Fransanın "L'Équipe" nəşri Avropanın 5 aparıcı çempionatında çıxış edən ən yüksək ödənişli 10 futbolçunun siyahısını açıqlayıb. 

Goal.az xəbər verir ki, siyahıda vergilər tutulmadan öncə oyunçuların aylıq əmək haqqısı göstərilib. İlk pillədə Barcelona-nın ulduz futbolçusu Lionel Messi yer alıb - 8,3 milyon avro.

İkinci sırada 4,7 milyon avro ilə Juventus-un portuqaliyalı oyunçusu Kriştiano Ronaldo, üçüncü yerdə isə 3,3 milyon avro ilə Atletiko-nun forvardı Antuan Qrizman qərarlaşıb.

Avropadakı ən yüksək ödənişli 10 futbolçu:

1. Lionel Messi (Barcelona) - ayda 8,3 milyon avro

2. Kriştianu Ronaldo) - 4,7

3. Antuan Qrizman (Atletio) - 3,3

4. Neymar (PSG) - 3,06

5. Luis Suarez (Barcelona) - 2,9

6. Qaret Beyl (Real Madrid) - 2,5

7. Filippe Koutinyo (Barcelona) - 2,3

8. Aleksis Sançes (Manchester United) - 2,28

9. Kilian Mbappe - (PSG) - 1,73

10. Mesut Özil (Arsenal) - 1,6